İranda sel nəticəsində 7 nəfər ölüb

İranda sel nəticəsində 7 nəfər ölüb

İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub.
 
Ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.
 
Sel nəticəsində indiyədək 7 nəfər ölüb. 2900 nəfər xilas edilib və zəruri ehtiyacları təmin olunub. 101 ev sudan təmizlənib. 
 
Həyatını itirən şəxslərdən 4 nəfəri bir ailənin üzvüdür. Onlar Buşəhr əyalətində, daha 3 nəfər isə Fars əyalətində ölüb. (apa) /

Google+ WhatsApp ok.ru