İraq qüvvələri Kərkükdə bir neçə bölgənin nəzarətini ələ  keçirib

İraq qüvvələri Kərkükdə bir neçə bölgənin nəzarətini ələ keçirib

İraqda Müharibə İnformasiya Qərargahı elan edib ki,  İraq qüvvələri Kərkükün bəzi bölgələrinə nəzarəti ələ keçirib.
 
Maide.Az xəbər verir ki, Al-Maidan televiziya kanalının məlumatına görə, İraq qüvvələri  Kərkükdə Xalid körpüsü, Əl-Riyad yolu, eləcədə  Maryambek  keçidini ələ keçirib.  
 
Məlumata görə, İraq qüvvələri həmçinin  Kərkükün Təkrit meydanına gedən əasas maqistral yollardan birinə nəzarəti ələ keçirib. 
 
İraq Müharibə İnformasiya Qərargahının bəyanatına əsasən,  İraq qüvvələri Kərkükdə  Şimal qaz təsisatı,  polis mərkəzi və Kərkük elektrik stansiyasına nəzarəti ələ keçirib.  
 

Google+ WhatsApp ok.ru