İraqda koalisiya hökuməti qurulur

İraqda koalisiya hökuməti qurulur

-- “Əs-Sayrun” bloku “Fəth” bloku ilə birlikdə...

Ötən ay İraqda parlament seçkilərində qalib gələn “Əs-Sayrun” bloku “Fəth” bloku ilə birlikdə hökumət quracaq.
 
Maide.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə iki bloku ortaq açıqlamasında qeyd edilib.
 
“Fəth”in sözcüsü Əhməd əl-Əsədi bildirib ki, iki partiya arasında birgə fəaliyyət nəticəsində bəzi məsələlər üzərində çalışma davam edir. O, əməkdaşlığın inkişaf edən xətt üzrə davam edəcəyini sözlərinə əlavə edib.
 
Xatırladaq ki, daha öncə “Əs-Sayrun”un rəhbəri Müqtəda əs-Sədr və “Fəth”i rəhbəri Hadi əl-Əmiri arasında keçirilən görüşdə koalisiya hökumətinin qurulması barədə razılıq əldə olunmuşdu.
 

Google+ WhatsApp ok.ru