İraqın parlament sədri: Seçkilər yenidən keçirilməlidir

İraqın parlament sədri: Seçkilər yenidən keçirilməlidir

-- parlament seçkiləri ilə əlaqədar səslərin saxlanıldığı mərkəzdəki 4 anbardan biri yanıb

İraqda yenidən sayılması tələb olunan səs bülletenlərinin yerləşdiyi anbarda baş verən yanğını qiymətləndirən parlament sədri Səlim Əl-Cuburi seçkilərin yenidən keçirilməsinin lazım olduğunu açıqlayıb.
 
Maide.Az "faktxəbər"ə istinadən xəbər verir ki, Əl-Cuburi bildirib ki, Risafada səsvermə qutularının saxlanıldığı anbarın yandırılması əvvəlcədən planlaşdırılımış bir cinayətdir.
 
İraqın parlament sədri həmçinin deyib ki, yanğını törədənlərin əsas məqsədi seçkilərdə hiylə və manipulyasiya nümunələrini gizlətməkdir.
 
Qeyd edək ki, Əl-Cuburi may ayında keçirilən seçkilərdə az səs fərqlə deputat seçilməmiş və səslərin yenidən sayılmasını dəstəkləyənlər arasında olmuşdu.
 
İraq prezidentinin müavini Əyad Əllavi də seçkilərin yenidən keçirilməsinə çağırıb.
 
Parlament seçkilərində qalib gələn Müqtəda əs-Sədrin qərargahından Ziya Əl-Əsa bildirib ki, yanğın seçkilərin yenidən keçirilməsi və hiylənin gizlədilməsi üçün oyundur: "Seçki avadanlığı və sənədlərin yerləşdiyi anbarı kim yandırıbsa iki hədəfi olub. Ya seçkilərin ləğv edilməsi, ya da nəticələr arasında sayılmış olan məkrli səslərin məhv edilməsi".
 

Google+ WhatsApp ok.ru