İslam Partiyası İran xalqına başsağlığı verib

İslam Partiyası İran xalqına başsağlığı verib

-- baş verən ağır itki bizləri də kədərləndirdi ..

 
Maide.Az bildirir ki, Partiyanın Mətbuat Xidmətindən "İslaminSesi"nə daxil olan başsağlığında deyilir.
 
“İran dövlətinə məxsus “Sançı” neft tankerinin yanvar ayının 6-da Çin sahillərində qəzaya uğraması nəticəsində 32 nəfər heyətin həyatını itirməsi ilə bağlı İran İslam Respublikası Ali  Rəhbəri, Mərceyi-təqlid, Ayətullahul-uzma Seyyid Əli Hüseyni Xameneyi Həzrətlərinə, İran xalqına sonsuz kədər hissi keçirdiyimizi bildirir, dərin hüznlə başsağlığı veririk.
 
İran dövlətinin və İran xalqının inkişafı yolunda çalışaraq həlak olmuş insanlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr diləyirik. Qardaş ölkə və qardaş xalqa baş verən ağır itki bizləri də kədərləndirdi və yanınızda olmaqla bunu öz itkimiz hesab etdik.
 
Allah rəhmət eləsin!”
 
Azərtbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev
 

Google+ WhatsApp ok.ru