İsrail dinc fələstinliləri öldürməyi davam etdirir 07 İyul 2018 01:00 Fələstin -- 146 nəfər müxtəlif dərəcəli xəsarət alıb İşğalçı İsrail rejim əsgərlərinin Qəzza zolağında keçirilən dinc aksiyalara güc tətbiq etməsi davam edir/ Maide.Az “AA”a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirirb ki, ötən gün (cümə günü) “Böyük qayıdış” çərçivəsində təşkil edilən dinc aksiyada iştirak edən 22 yaşlı Məhəmməd Camal Əbu Halima şəhid edilib. Onun sözlərinə görə, hadisə Qəzzanın şərqində As-Sadr ərazində baş verib. Dinc aksiyalar zamanı işğalçı rejim fələstinlilərə qarşı həqiqi güllə və gözyaşardıcı qazdan istifadə edib. Ə.əl-Kidra bildirib ki, ötən günki aksiyalarda 146 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 24 nəfər odlu silahla yaralanıb. Qeyd edək ki, martın 30-dan başlayan Böyük qayıdış yürüşündə sionist İsrail rejimi qüvvələrinin dinc və müdafiəsiz xalqa atəş açması nəticəsində, indiyə qədər 142 fələstinli şəhid olub, 15 mindən çox insan yaralanıb. Teqlər : #İsrail dinc fələstinliləri öldürməyi davam etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Məscidi-Əqsa` uça bilər - Xəbərdarlıq İsrail qüvələri blokadanı yarmaq üçün Qəzzadan yola düşən “Azadlıq gəmisi 2”ə hücum edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar