İsrail `Fələstinin cəsur qızı` adlandırılan Təmiminin saxlanılma müddətini 8 gün uzatdı

İsrail `Fələstinin cəsur qızı` adlandırılan Təmiminin saxlanılma müddətini 8 gün uzatdı

-- O 5 cinayəti törətməkdə günahlandırılır

İşğalçı İsrail rejimi məhkəməsi işğal altındakı İordan çayının qərb sahilində "Fəlstinin cəsur qızı" adlandırılan Əhəd Təmimi ilə anası Nəriman Təmiminin saxlanılma müddətini 8 gün uzadıb.

Ramallah şəhərinin qərbindəki Ofer Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında 16 yaşlı Təmimi ilə anası Nərimanın sorğusuna davam edilməsi üçün nəzarət müddətlərinin 8 gün uzadılmasına qərar verilib.

İşğalçı rejim  ordusu mətbuat  xidmətindən verilən yazılı açıqlamada "Əhəd Təmimi İsrail əsgər və zabitinə hücum etməklə yanaşı, təhlükəsizlik qüvvələrinə hücum etmək və daş atmaq kimi 5 cinayətdə günahlandırır", - deyə qeyd olunub.

Xatırladaq ki, İsrail əsgərləri Təmimini 19 dekabrda Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi.

Ofer Hərbi Məhkəməsi 25 dekabrda Təmimi ailəsinin nəzarət müddətini 4 gün daha sonra isə 5 gün uzatmışdı. "Fələstinli cəsur qız" kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. (eastnews.org)

Google+ WhatsApp ok.ru