İsrail rejimi işğal altındakı Fələstin torpaqlarında daha 3651 yeni mənzilin inşasına icazə verdi

İsrail rejimi işğal altındakı Fələstin torpaqlarında daha 3651 yeni mənzilin inşasına icazə verdi

Sionist İsrail rejimi son 25 ilin ən böyük qeyri-qanuni sionist məskunlaşma layihəsinə razılıq verib.
 
İsrail rejimi İordan çayının qərb sahilindəki işğalını genişləndirməyə davam edir.
 
"Haaretz" qəzetində gedən xəbərə görə, İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman İordan çayının qərb sahilində keçən həftə ərzində 3651 yeni mənzilin inşasına icazə verildiyini açıqlayıb.
 
Bu il ərzində sionist gəlmələr üçün ümumilikdə 8345 yeni mənzilin inşasına razılıq verilib.(deyerler)

Google+ WhatsApp ok.ru