İsrail rejimi Qəzzaya raketlə hücum etdi

İsrail rejimi Qəzzaya raketlə hücum etdi

Sionist İsrail rejiminin ordusu HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarına aid bir müşahidə məntəqəsini bombalayıb.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, Kissifum hərbi bazasında yerləşən artilleriya birliyi, Xan Yunusda Qəssam Briqadalarına aid bir müşahidə nöqtəsinə 2 raket atıb.
 
Hücumda tələfat qeydə alınmayıb. Kissifum bazasında intensiv bir hərəkətlilik müşahidə olunur.
 
Digər tərəfdən, İsrail rejiminin hərbi katerləri Qəzzanın cənub sahilindəki balıqçı gəmilərinə atəş açıblar. Hücumda tələfat qeydə alınmayıb. (deyerler) /
 

Google+ WhatsApp ok.ru