İsrail əsgərləri etirazçılara hücum etdi: 300-ə yaxın fələstinli yaralandı

İsrail əsgərləri etirazçılara hücum etdi: 300-ə yaxın fələstinli yaralandı

-- Qəzza və İordan çayının qərb sahilində ABŞ-ın Qüds qərarına etiraz

İşğalçı İsrial rejim əsgərləri ötən gün ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasına etiraz olaraq cümə namazından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində keçirilən aksiyalara hücum edib. 
 
Maide.Az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  işğalçı rejim hərbiçilərinin Fələstinlilərin etiraz aksiyasını dağıtmaq üçün hücumu zamanı ən az 300 fələstinli xəsarət alıb.
 
Bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.
 
 “Yanvarın 12-də xəsarət alan fələsinlilərin sayı 290 nəfərə çatıb. Onlardan 45-i döyüş gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib. 
 
Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığını bildiriblər. 
 
ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar bir aydan çoxdur ki, davam edir.
 
Ötən gün həmçinin Əqsa məscidində 40 min fələstinlinin iştirakı ilə  cümə namazı qılınıb.  Əqsa məscidinin xətibi Şeyx Yusif Əbu Suneynə  cümə namazında çıxışında  ABŞ-ın Qüds qərarını zalimanə, dəyərsiz və qəbul edilməz  adlandırıb. 
 
Cümə namazından sonra Əqsa məscidində namaza gələn Fələstinlilər ABŞ-ın Qüds qərarına qarşı etiraz aksiyası keçirib. 
 

 

Google+ WhatsApp ok.ru