İsrailin Qəzzada növbəti qətliamı:12 şəhid, 600 yaralı - FOTO 30 Mart 2018 01:00 Fələstin -- İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edir Xəbər verdiyimiz kimi, bu gün Fələstində işğalçı İsrail rejiminə qarşı müqavimətin simvolu olan "Torpaq Günü"nün 42-ci ildönümünə həsr olunmuş "Böyük Qayıdış Yürüşü" keçirib. Maide.Az "dunyabulteni"xəbər verir ki, sionist İsrail rejiminin əsgərləri odlu silah və göz yaşardıcı qazlardan istifadə etməklə yürüş iştirakçılarını dağıtmağa çalışıb. Məlumata görə, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra daha da gərginləşib.Fələstinli qaçqınların evlərinə dönüş haqqını dəstəkləmək məqsədilə aksiyaçıları İşğalçı İsrail rejiminin rəhbərliyi odlu silahlarla vurmaq əmrini verib. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında görə, aksiya iştirakçılarına hücum nəticəsində indiyədək 12 nəfər şəhid olub , 600-dən çox fələstinli isə yaralanıb. İsrailin Hüquq müdafiə təşkilatı olan "B'Tselem" İsrail ordusunun Qəzzadakı fələstinli aksiyaçılara atəş açmasını kəskin şəkildə tənqid edən bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, İsrail rəsmiləri Qəzzadakı humanitar böhranın qarşısını almır, öz haqlarını tələb edən nümayişçiləri isə sabotajçı qismində görür. Qəzzanı “müharibə bölgəsi” hesab edən işğalçı İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edirlər. Qeyd edək ki, dünən keçirilən etiraz aksiyasında da hərbçilərin atəş açması nəticəsində 3 fələstinli yaralanıb. Teqlər : #İsrailin Qəzzada növbəti qətliamı:12 şəhid,#600 yaralı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinlilər `Böyük Qayıdış Yürüşü` keçirirlər; 5 ölü, 54 yaralı - Video İsrail əsgərləri dinc fələstinlilərə atəş açdı: 17 şəhid, 1500 yaralı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar