İstanbula dolu və şimşəklə müşayiət olunan şiddətli leysan yağıb (FOTO, VİDEO)

İstanbula dolu və şimşəklə müşayiət olunan şiddətli leysan yağıb (FOTO, VİDEO)

Türkiyədə üç gündür, davam edən isti hava şəraitini qəfildən sərt külək, şimşək və leysan yağışlı hava şəraiti əvəz edib.
 
Dünən axşam saatlarında İstanbulda son 30 ildə ikinci dəfə yay günündə gecə qaranlığı yaşanıb. Leysan yağışın şiddətindən görmə mümkünsüz hal alıb. 
 
Yerli vaxtla saat 18 radələrində güclü külək başlayıb, göy üzünü gecə qaranlığı bürüyüb. Bir neçə dəqiqə sonra isə buz parçaları ilə müşayiət olunan şiddətli leysan yağışı başlayıb. Yağan dolu dənələrinin xırdası fındıq, irisi qoz boydadır. 
 
Şiddətli leysanla əlaqədar İstanbulun iki sahilini birləşdirən Avrasiya avtomobil tuneli bağlanıb. Yollarda və bir çox digər yerlərdə çarəsiz qalanlar var.
 
Türkiyə Mərkəzi Meteorologiya İdarəsinin vəziyyətlə bağlı bəyanatında bildirilir ki, İstanbulda gecə saatlarına qədər buludlu hava şimşəklə müşayiət olunan leysan yağışlarına çevriləcək, havanın temperaturu 32 dərəcədən 24 dərəcəyə enəcək. Yağıntı sabah da davam edəcək. 
 
İstanbul Böyükşəhər Bələdiyyəsi dünən axşamdan bir sıra gəmi marşrutlarının hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.   
Bəzi yerlərdə sel olacağı proqnozlaşdırılır. (salamnews) /

Google+ WhatsApp ok.ru