İstanbulun Atatürk Hava Limanında iki sərnişin təyyarəsi toqquşdu

İstanbulun Atatürk Hava Limanında iki sərnişin təyyarəsi toqquşdu

İstanbulun Atatürk Hava Limanında iki sərnişin təyyarəsi toqquşub.
 
Qazaxıstan-Aktau səfərini etmək üçün uçuş zolağı istiqamətində irəliləyən Scat Airlines-ə məxsus sərnişin təyyarəsi Taybey səfərini etməyə hazırlaşan Türkiyə Hava Yollarının Boeing 777 tipi TC-JJS təyyarəsi ilə toqquşub.
 
Qəza nəticəsində THY təyyarəsinin quyruq hissəsində zədə baş verib. Təyyarə yoxlanış üçün zolağdan çıxarılıb və 286 sərnişin terminalda yerləşdirilib. Aparılan ilkin araşdırmadan sonra, TC-JJS təyyarəsinin uçuşu ləğv edilib, 286 sərnişin THY-yə aid başqa bir təyyarə ilə Taybeyə göndərilib. (deyerler) /

Google+ WhatsApp ok.ru