İşğalçı İsrail əsgərləri 8 yaşlı fələstinli uşağı həbs edib – VİDEO

İşğalçı İsrail əsgərləri 8 yaşlı fələstinli uşağı həbs edib – VİDEO

Yayımlanan videoda işğalçı İsrail əsgərlərinin Qərbi Şəriyədə oyuncağının ardınca ayaqyalın gedən 8 yaşlı fələstinli uşağı mühasirə edərək sorğu-sual etdiyini göstərir. 
 
Maide.info xəbər verir ki, Əl-Xəlildə evinin yaxınlığında saxlanılan Sufyan Əbu Heyta adlı 8 yaşlı fələstinli uşaqdan işğalçı rejim əsgərləri daş atan şəxslər haqqında sorğu-sual edir. 
 
Videoda da göstərildiyi kimi işğalçı rejimin 7 əsgəri uşağı həbs edib aparmaq istəyir və yerli sakinlər uşağı onların əlindən qurtarmağa çalışır.

Google+ WhatsApp ok.ru