Şəkidə qrunt suları fəsad törədir

Şəkidə qrunt suları fəsad törədir

-- Su kəndin aşağı hissəsində yerləşən 8 evi doldurub

Şəki rayonunun Suçma kəndində qrunt suları acınacaqlı durum yaradıb. Bu barədə sözüfedən kənddən videosüjetlə müşayiət olunan məlumat göndəriblər.
 
Bildirilir ki, əvvəllər zəif şəkildə çıxan mənbəyi məlum olmayan qrunt suları artıq iki aydan çoxdur ki, kəndin aşağı hissəsində yerləşən 8 evi doldurub:
 
"Evlər artıq yaşanmaz bir hala gəlib. Bu sular evlərin bünövrələrini uçuraraq evləri tamamilə uçmaq təhlükəsi ilə üzbəüz qoyub. Sular sakinlərin tövlələrinə dolaraq mal-heyvana ciddi ziyanlıq vurur. Bu səbəbdən kəndlilərin əkdiyi sahələr tamamilə batıb və əkinlər məhv olub.
 
Heç bir ağac əkmək olmur. Evlərdə nəmişlikdən yaşamaq mümkün deyil. Rütubət sakinlərdə müxtəlif xəstəliklər yarada bilər. Sakinlərin bəziləri evlərindəki uşaqlarını başqa qohum əqrabasında saxlayır. Dəfələrlə İcra Hakimiyyətinə və yerli icra orqanlarına şifahi, yazılı müraciət etmişik.
 
Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik, lakin heç bir tədbir görülmür. Müxtəlif bəhanələrlə bizi yola verirlər". (musavat.com)
 

Google+ WhatsApp ok.ru