“Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb 14 Sentyabr 2017 01:00 Xəbərlər İslami Elmlər üzrə Kompüter Tədqiqat mərkəzinin təşkilatçılığı, tanınmış din xadimlərinin iştirakı ilə “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb. Maide.Az xəbrə verir ki, hazırlanmış proqram təminatının bu gün təqdimatı keçirilib. “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramını hazırlayan mərkəzin nümayəndəsi Əli Cabbari deyib ki, proqram təminatında İmam Hüseyn (ə) hərəkatı və Aşura günü ilə bağlı mötəbər məqtəl və kitablar toplanıb. Onun sözlərinə görə, toplanmış kitablar arasında İmam Hüseynin (ə) əshabələrinə aid, Aşura hadisəsində rolu olmuş şəxslər, əzadarlıq, İmam Hüseynin (ə) söz ensiklopediyası, Aşura hadisəsinə bağlı qiyamlar və digər mövzuları əhatə edən kitablar yer alıb. Ə.Cabbari bildirib ki, proqram təminatı bir neçə mərhələdə təkmilləşəcək. “Birinci mərhələ çərçivəsində 500 kitab arasından 100 kitab seçilərək proqrama yerləşdirilib. İkinci mərhələdə kitabların sayı artırılacaq, kəmiyyət və keyfiyyət baxımından proqram daha da təkmilləşdiriləcək”. Qeyd edək ki, proqramın hazırlanmasında məqsəd İmam Hüseyn (ə) şəxsiyyətini tanıtmaq, hədəfini bəyan etmək, Kərbəla hadisəsinin etibarlı qaynaqlardan topalayaraq dijital formada tədqiqatçıların ixtiyarında qoymaqdır. Teqlər : #Məqtəl əlHüseyn (ə) multimedia proqramı hazırlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkədən gedənlər çoxalır Xanım Zeynəbin (s) hərəmində məhərrəmlik hazırlıqları