Gürcüstanın Baş naziri istefası ilə bağlı məlumatlara münasibət bildirib 14 Oktyabr 2021 14:38 Dünya Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verəcəyi barədə yerli mətbuatda yayılan məlumatları təkzib edib. Maide.Az xəbər verir ki, bu barədə o, jurnalistlərin sualına cavabında bildirib. “Baxmayaraq ki, hakim partiya və komandamızın üzvləri bu məsələ ilə bağlı dəfələrlə açıqlama veriblər, siz təxribat və dezinformasiya yaymaqda davam edirsiniz”, - İ.Qaribaşvili söyləyib. Qeyd edək ki, Gürcüstan mətbuatında İ.Qaribaşvilinin yerli seçkilərin ikinci mərhələsindən sonra istefa verəcəyi barədə məlumatlar yer alıb. İkinci turun oktyabrın 30-da keçiriləcəyi gözlənilir. Teqlər : #Gürcüstanın,#Baş,#naziri,#istefası,#ilə,#bağlı,#məlumatlara,#münasibət,#bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi SuriyanınTədmur bölgəsinə hücum edib, ölən və yaralananlar var Putin: 'Bögədə sabitsizlik yaratmaq məqsədilə terrorçular aktiv şəkildə Əfqanıstana göndərilir'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO