Əfqanıstanda məscid partlayışında yaralananlar müalicə üçün İrana aparılıblar  - FOTO

Əfqanıstanda məscid partlayışında yaralananlar müalicə üçün İrana aparılıblar - FOTO

 Əfqanıstanın Qəndəhar əyalətində şiə məscidində törədilən partlayışda yaralananlar müalicə üçün İrana aparılıblar.
 
Maide.Az "AmajNews"-a istinadla xəbər verir ki, bu barədə İranın Əfqanıstandakı Səfirliyi rəsmi tvitter səhifəsi vasitəsilə məlumat verib.
 
Bildirilib ki, İrandan Qəndəhara təyyarə vasitəsilə 250 ton humanitaryardım çatdırılıb və bu təyyarə ilə onlarla yaralı müalicə üçün İrana aparılıb.
 
Qeyd edilib ki, bu yaralılar Qəndəharda şiə məcsidindəki partlayışda yaralanan mülki şəxslərdir.
 
Xatırladaq ki, ötən həftənin cümə gün Qəndəharda şiə məscidində, iki həftə öncə Künduzda isə digər bir şiə məscidi qanlı terror aktının şahidi olub. Terror aktını İŞİD üzərinə götürüb və bu hücumlarda  100-dən çox Əhli-beyt ardıcılı şəhid olub və çox sayda insan yaralanıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru