Ali Rəhbər Ayətullah Xamenei Ayətullah Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər Ayətullah Xamenei Ayətullah Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi

 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qum dini elmi hövzənin tanınmış ustadlarından və İmam Xomeyninin (rə) şagirdlərindən olan Ayətullah Ruhullah Şahabadinin vafatı münasibəti ilə başsağlığı  verib. 
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
“Allahın adı ilə! Cənab Ayətullah  Hac Ağa Nəsrullah Şahabadi. Rəbbani alim mərhum Ayətullah  Hacı Ağa Ruhullah Şahabadinin vəfatını sizə və Şahabadi ailəsinə başsağlığı deyir və təqvalı insanın yaxınlarına Allahdan səbr diləyirəm.  Allahdan onun ruhu üçün səmimi qəlbdən rəhmət və məğfirət diləyirəm” 
 
Xatırladaq ki, Ayətullah Ruhullah Şahabadi uzun müddət Tehran, Qum, və Nəcəf şəhərlərində böyük din alimləri və müctəhidlər Ayətullah Bürucerdi, Seyid Əhməd Xansari, Əllamə Təbatəbai, Ayətullah Xoi və Ayətullah Ərakidən dərs alıb. O, həmçinin 20 il İmam Xomeyni (rə) həzrətlərinin şagirdi olub.
 
Mərhum Ayətullah Şahabadi özü də uzun müddət dini hövzədə dərs deyib və çox sayda tələbələr yetişdirib.
 
Mərhum Ayətullah Şahabadi iyul ayında böyrəyində yaranmış problemlə bağlı Tehranda xəstəxanaya yerləşdirilmişdi. Ayətullah Şahabadi avqustun 28-də vəfat edib. Onun cənazəsi bu gün Qumda Həzrət Məsumənin (s.ə) hərəmində dəfn olunub. 
 

 

Google+ WhatsApp ok.ru