Ayətullah Xamenei zəlzələ baş vermiş bölgəyə səfər edib - FOTO/YENİLƏNİB2 20 Noyabr 2017 02:00 İslam lideri -- bölgədə zərərcəkənlərlə yaxından görüşüb Ayətullah Xamenei Kirmanşah şəhərinə gəldikdən sonra zəlzələdən ən çox ziyan görmüş Sərpol Zəhab bölgəsində gedib. Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei Sərpol Zəhab bölgəsində hadisə qurbanlarının ailələri və əhali qarşısında çıxış edib . “Siz əziz və vəfalı xalqın şəhərinə şad və sevincli gününüzdə gəlməyi çox istərdim. Bu günki kimi qəmli, müsibətli gündə deyil. Sizin hər birinizin qəmində şərikəm. Ürəyimiz qəmlə doldu və narahatıq.” Ayətullah Xamenei Kirmanşah əyalət xalqının Müqəddəs Müdafiə dövründə fədakarlığı və müqaviməti ilə bağlı danışıb və qeyd edib ki, sizin şəhəriniz və ətraf bölgələr ilk dəfə deyil ki, belə problemlərlə üzləşir. “Siz müharibə dövründə də ağrı və acıların qarşısında müqavimət göstərdiniz, möhkəm, şücaətli və rəşadətli olduğunuzu isbat etidiniz, bu gün bunu təkrarlayırsınız. Böyük və cəsur insanlar hadisələr qarşısında durur və həmin hadisələri öz iradəsi ilə məğlub edir.” Bölgədə meydana gələn zəlzələ nəticəsində 500-ə yaxın insanın həyatını itirməsini böyük bir fəlakət olaraq qiymətləndirən Ali Rəhbər Ayətullah Xamenei İran xalqının Kirmaşahda baş verən zəlzələdə zərərçəkənlərə özünü borclu hesab edərək öz imkarları ilə geniş miqyasda yardımlar etməsinə görə təşəkkür edib. Ayətullah Seyyid Əli Xamenei, qeyd edib ki, məsul şəxslər vəzifə borclarını yerinə yetirərək edə biləcəkləri qədər səy göstərib və əgər onların bu səyləri olmasaydı daha böyük problemlərlə üzələcəkdik, lakin bunlar mənə görə yenə kafi deyil və daha çox işlər görülməlidir. Ayətullah Xameni bildirib ki, inşallah Kirmanşah xalqını daha yaxşı günlər gözləyir. İnşallah bütün bölgənin yenidən inşa edildiyi vaxt Allah bizə buranı yenidən ziyarət etmə fürsəti verər. *** Ali Rəhbər Ayətullah seyid Əli Xamenei bu gün sübh cağı gözlənilmədən zəlzələ baş vermiş bölgəyə səfər edib. Maide.Az “Tasnimnews”-a istinadən xəbər verir ki, Ayətullah Xamenei bölgədə zərərcəkənlərlə yaxından görüşüb, onlara göstərilən yardımlar və zəlzələnin fəsadlarının aradan qaldırılması prosesi ilə yaxından tanış olub. Qeyd edək ki, noyabrın 12-də İranın qərbində Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 452 nəfər həlak olub, 8 mindən çox insan yaralanıb. Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 30 mindən çox evə ziyan dəyib. Xəbər yenilənir .... Teqlər : # Ayətullah Xamenei zəlzələ baş vermiş bölgəyə səfər edib FOTO/YENİLƏNİB2, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gözəl örnək - Ayətullah Xamenei (VİDEO) Ayətullah Xameneinin general Süleymaninin məktubuna cavabı: Bəşəriyyətə böyük xidmət göstərmisiziniz
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB