`Həmas`dan Ayətullah Xameneiyə təşəkkür məktubu

`Həmas`dan Ayətullah Xameneiyə təşəkkür məktubu

-- Fələstin xalqı İranın, Fələstin və Qüdslə bağlı sərgilədiyi mövqeyini yüksək qiymətləndirir

"Həmas" Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə təşəkkür məktubu göndərib.
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, o, Fələstinə verdiyi dəstəkdən ötrü Ali Rəhbərə  təşəkkür edib.
 
İ.Həniyə bildirib ki, Fələstin xalqı İranın, Fələstin və Qüdslə bağlı sərgilədiyi mövqeyini yüksək qiymətləndirir:
 
"Düşmənlərimiz tərəfindən İslam ümmətinə, xüsusilə də Qüdsə qarşı məkrli planlar qurulur. Donald Trampın Qüdsü sionist rejimin rəsmi paytaxtı kimi tanımasından sonra bu planlar daha dəqiq şəkildə ortaya çıxdı. Lakin, Ayətullah Xameneinin rəhbərliyi ilə İranın Fələstinə verdiyi dəstək sayəsində İslami müqavimət qüvvələrimiz daha da gücləndi".
 
"Həmas" rəsmisi sözlərinə əlavə edib ki, düşmənlərin planlarının məhv edilməsinin yeganə yolu gücləri birləşdirməkdədir.
 

Google+ WhatsApp ok.ru