100 milyard dollara “azadlıq”

100 milyard dollara “azadlıq”

-- Trampın Səudiyyə səfəri zamanı 110 milyard dollarlıq silah müqaviləsi yada düşür.

Səudiyyə Ərəbistanında həbsdə saxlanılan şahzadə və milyarderlər azadlığa çıxmaq müqabilində pul ödəməyə razılıq verib. Bu barədə "Bloomberg" məlumat yayıb.
 
“Ritz-Carlton Hotel"də saxlanılan şəxslər ümumilikdə 100 milyard dollar verməyə razılaşıblar. Şərtləri qəbul edən 90 nəfərin azadlığa çıxdığı, 5 nəfərin isə onlara edilən təklifi fikirləşmək üzrə olduqları deyilir.
 
Saxlanılan şəxslər korrupsiyada ittiham edilir. Əslində isə mahiyyət bir qədər fərqlidir. Ekspertlr hesab edir ki, ABŞ-ın yeni Yaxın Şərq siyasəti Səudiyyə Ərəbistanında olan maliyyə mənbələrini vahid mərkəzdə toplamaq və bunun vasitəsi ilə regionda öz siyasətini aparmaqdır. Artıq yaşı və xəstəliyi ucbatından faktiki olaraq kral səlahiyyətlərini icra edə bilməyən Salmanın yerini tutan oğlu saray çevrilişi edərək ona maneə yarada biləcək qüvvələrdən qurtulmağa çalışır. Həbs edilən şəhzadələr və iş adamları Səudiyyədə olan əsas maliyyə mənbələrinə sahibdirlər. Bu günə qədər pul müqabilində “azad” olunanlar çox ehtimal ki, ölkəni tərk ediblər. Yeni kral namizədinin məqsədi isə onun yoluna çıxa biləcək qüvvələri bütün vasitələrlə kənarlaşdırmaqdır.
 
100 milyad dollar məbləğ bir çox məqamlarla üst-üstə düşür. Trampın Səudiyyə səfəri zamanı 110 milyard dollarlıq silah müqaviləsi yada düşür. Görünür ki, ABŞ-ın Yaxın Şərqdəki xərclərini ödəmək göstərişi alan kral namizədi bu pulu şəxsi büdcəsindən vermək niyyətində deyil. Beləliklə də bir daşla iki quş vurmuş olan şəhzadə həm maliyyə əldə etmiş oldu, həm də ona maneə olacaq qüvvələrdən qurtuldu. Çox böyük ehtimal ki, həbsdən çıxan kimi ölkəni tərk edəcək şəhzadələr artıq problem ola bilməyəcəklər.(islam.az)
 

Google+ WhatsApp ok.ru