104 gün aclıq edən fələstinli məhbus azad olundu 26 Noyabr 2020 15:23 Fələstin İşğalçı İsrail rejim fələstinli məhbus Mahir əl-Ahrəsi sərbəst buraxıb. Maide.Az "iribnews"a istinadla xəbər verir ki, bunu Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri rəhbəri Qədri Əbubəkr deyib. O bildirib ki. M.Ahrəs İordaniyanın qərb sahilindəki Nablusda yerləşən ən-Nəcah Milli Xəstəxanasına köçürülüb. Qeyd edək ki, Mahir əl-Ahrəs özünün qanunsuz həbsinə etiraz əlaməti olaraq 104 gün aclıq aksiyası keçirmişdi. O , aclıq aksiyasını 6 noyabrda dayandırmışdı. Xatırladaq ki, iyulun 27-də işğal altındakı İordan çayının qərb sahilindəki Jenində yerləşən evində İsrail rejimi əsgərləri tərəfindən tutulan Ahrəs işğalçı rejim rəhbərliyinin “inzibati həbs” və özbaşınalıqlarına etiraz olaraq aclıq aksiyasına başlamışdı. Teqlər : #104,#gün,#aclıq,#edən,#fələstinli,#məhbus,#azad,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Qəzzada 1 milyondan artıq fələstinli yoxsulluq həddinin altında yaşayır İsrail fələstinlilərə məxsus 130-a yaxın evi dağıtdı
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var