188 nəfərə edam cəzası

Maide.az xəbər verir ki, Misirdə məhkəmə kütləvi edam cəzası qərarlarına davam edir.
 
Giza Məhkəməsi seçilmiş prezident Mursinin hərbi çevriliş ilə vəzifədən uzaqlaşdırılması zamanı bir polis idarəsində baş verən və 11 polislə 2 mülki şəxsin dünyasını dəyişməsi ilə nəticələnən hadisələrlə əlaqəsi olduğu iddiasıyla 188 nəfərə edam cəzası verib.
 
Edam cəzası qərarları Misirin baş müftisinə göndərilib. Cəzaların icrası üçün müftinin icazə verməsi lazımdır. Məhkəmə mühakimə ilə bağlı yekun qərarını müftinin qərarını açıqlamasından sonra 24 yanvar 2015-ci il tarixində verəcəyini bildirib.

Google+ WhatsApp ok.ru