İsrail bayrağını yandıran vəkilin başına görün nə gəldi

Bəhreyn Parlamenti İsrail bayrağı yandırdığı üçün bir millət vəkilinin səlahiyyətinə xitam verib. Şənbə günü məclisdə işğalçı İsrail bayrağını yandıran Üsamə Mehna Əl-Təmiminin deputatlıq mandatı alınıb.
 
Maide.az xəbər verir ki, Bəhreyn xalqına zülm edildiyini ölkəsinin parlamentində işıqlandıran və buna görə sionist rejimin məsuliyyət daşıdığını deyən deputat, İsrail bayrağını yandırmışdı.
 
Bəhreyn Parlamenti yayımladığı açıqlamada isə Bəhreyndə problemlərin olmadığı və xalqa zülm edilmədiyi iddia edilib.
 
Ancaq məlum olduğu kimi illərdir bir çox insan haqları təşkilatı Bəhreyn rəhbərliyini qınayaraq Ali Xəlifə rejimindən insan haqlarına qarşı hörmət göstərməsini tələb edir.

Google+ WhatsApp ok.ru