`1 May` yürüşləri dünyanın müxtəlif ölkələrində

`1 May` yürüşləri dünyanın müxtəlif ölkələrində

Ötən gün dünyanın müxtəlif ölkələrində milyonlarla fəhlə küçələrə axışdı və öz iş şəraitinin yaxşılaşdırılmasını tələb etdi. 
 
Maide.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu etiraz yürüşlər zamanı bəzi ölkələrdə polis və fəhlələr arasında gərginliyə səbəb oldu və xəsarət alanlar oldu. 
 
Rusiya 
Rusiyada "1 may - Zəhmətkeşlər Günü" münasibəti ilə təqribən 2.6 milyon nəfər  mitinqlərdə iştirak edib. Təkcə Moskvada 1.5 milyon nəfərin küçələrə çıxaraq mitinqdə iştirak etdiyi bildirilir. 
Bu mitinqlərin təhlükəsizliyini  təqribən 56 min polis  qüvvəsi öz üzrəinə götürmüşdü. 
 
İtaliya 
İtalyanın şimalında Turin şəhərində minlərlə fəhlə 1 may yürüşlərinə çıxmışdır. Turin şəhərində 20 niqablı şəxsin mitinq iştirakçılarına hücumundan sonra etirazçılar və polis qüvvələri arasında qarşıdurmaya səbəb oldu. Məlumata görə ən az 3 nəfər saxlanıldı və bu qarşıdurmalar zamanı 1 nəfər yaralandı. 
 
Fransa 
Fransanın paytaxtı Parisdə  mitinq zamanı polis və mitinq itşriakçıları arasında qarşıdurma baş verdi. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi.  
 
Türkiyə 
İstanbulda keçirilən mitinqdə etirazçılar Taksim meydanına girmək istəyərkən qarşıdurma yaranıb. Türkiyə polisi 200-dən çox  etirazçını həbs edib. Polis həmçinin gözyaşardıcı ataraq etirazçıları dağıtmağa çalışıb.  
Qarşıdurmalar zamanı 57 yaşlı bir kişi polisin su şırnaqlı maşını altında qalaraq həlak olub. İstanbul polisi elan edib ki, etirazçılardan silah və sursat aşkarlayıb. 
 
Almaniya 
Almaniyanın paytaxtı Berlində "Fəhlələr Günü" mitinqi güclü təhlükəsizlik tədbirləri altında keçirilib. Təhlükəsizliyi təmin etmək üçün minlərlə polis cəlb olunub. 
Son illər xüsusi ilə 2009-cu ildə Almaniyada keçirilən "Zəhmetkeşlər Günü" mitinqində qarşıdurmalar baş verib. 2009-cu ildə baş vermiş qarşıdurmalar zamanı 273 polis zabiti yaralanmışdır. 
Ötən gün Berlində keçirilən mitinq demək olar sakit şəraitdə keçib. Bir neçə maskalı polis qərargahına daş və yandırıcı maddələr atıb. Polis də onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
Məlumata görə,  Almaniya polisi ötən günki mitnqdə 100-dən çox etirazçını həbs edib. 
 
Amerika
Amerikanın Nyu-York şəhərində zəhmətkeşlər günü mitinqində ABŞ prezidenti  Donald Trumpın  miqrantlara qarşı siyasətləri tənqid olunub, şüarlar səsləndirilib. Polis və mitinq iştirakçıları arasında  qarşıdurma yaranıb və 14 nəfər həbs olunub. 
Amerikanın Chicago, Los Angeles, Seattle və Vaşinqton, DC şəhərlərində də oxşar mitinqlər təşkil olunub. 
 
İngiltərə 
İngiltərənin paytaxtı  London şəhərindədə mitinqlər keçirilib. Mitinqdə İşçi partiyasının rəsmilərindən John McDonnell çıxış edib və ölkədə iş şəraitinin pis olmasından və uşaqlar arasında yoxsulluqdan danışıb və bu durumu “qanlı rüsvayçılıq” adlandırıb. 
 
Filippin
Filippinin Manila şəhərində 35 min nəfərdən çox insan mitinqdə iştirak edib. Mitinq iştirakçıları  maaşların artırılmaıs və qadınların hüquqularının qorunmasını istəyib. 
Eləcədə dünyanın digər ölkələrində o cümlədən Çili, Braziliya, Ekvador, Cənubi Afrika, Kuba, Ukraynada oxşar mitinqlər keçirilib. /

Google+ WhatsApp ok.ru