1 milyon zəvvar Ərəfə gününü Kərbəlada

1 milyon zəvvar Ərəfə gününü Kərbəlada

İraqın Daxili İşlər Nazirliyi elan edib ki, 1 milyon iranlı zəvvar “Ərəfə” günü Kərbəlada olmaq üçün İraqa səfər edib. 
 
Maide.Az xəbər verir ki, bunu İraq DİN-in sərhəd-buraxılış məntəqələri idarəsinin rəhbəri Sami Əl-Sudani deyib.  
 
O deyib ki, bu bir milyon zəvvarlar Mehran-Zərbatiyə sərhəd buraxılış məntəqəsindən keçib. “İranlı zəvvarlar İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzlin (ə) hərəmində "Ərəfə" ziyarəti mərasimində iştirak etəmək üçün İraqa səfər edib. 
 
İraq KİV-ləri yazıb ki, Səudiyyə rejimi bu il iranlı hacıları Allah evini ziyarət etməkdən məhrum etidyi üçün iranlı zəvvarlar Seyyidüş-Şühədanın hərəmində "Ərəfə" ziyarətini oxumağa üstünlük veriblər. (presstv)

Google+ WhatsApp ok.ru