MDB ölkələrinin devalvasiyaya uğrayan valyutaları - SİYAHI

MDB ölkələrinin devalvasiyaya uğrayan valyutaları - SİYAHI

 
Son illər dünya iqtisadiyyatında müşahidə olunan tənəzzül, enerji daşıyıcılarının qiymətlərinin kəskin ucuzlaşması və qeyri-sabit siyasi qlobal düzən bütün ölkələr kimi keçmiş sovet respublikalarına da öz mənfi təsirini göstərib.
Azərbaycan da daxil olmaqla, bütün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri son illər valyuta devalvasiyasından əziyyət çəkib.
 
2016-cı ilin əvvəllərindən devalvasiyaya məruz qalan MDB ölkələrində milli valyutaların neçə fazi ucuzlaşdığını əks etdirən rəqəmləri təqdim edirik.
 
1. Tacikistan somu – 12,6%
2. Ukrayna qrivnası – 9,2%
3. Belarus rublu – 8,4%
4. Azərbaycan manatı – 7,4%
5. Özbəkistan sumu – 5,1%
6. Qazaxıstan təngəsi– 1,1%
7. Moldova leyi – 0,2%
 
Bununla yanaşı, bəzi MDB ölkələrində milli valyuta dollara qarşı dəyər qazanıb. Belə ki, Türkmənistan manatı (0,3%), Ermənistan dramı (0,5%), Gürcüstan larisi (1,1%), Rusiya rubl (12,3%) və Qırğızıstan somu 8,1% bahalaşıb. (Modern.az) /

Google+ WhatsApp ok.ru