200 ABŞ əsgəri Ənbar vilayətinə daxil olub

İraq mənbələri 200 ABŞ əsgərinin Ənbar vilayətində yerləşən Əyn əl-Əsəd HHQ bazasına daxil olmasını bildiriblər.
 
Maide.az xəbər verir ki, bu qüvvələr dünən xüsusi missiyalar həyata keçirmək bəhanəsi ilə Ənbar vilayətinə daxil olublar.
 
Məlumata görə, iddia edilir ki, Rəmadi şəhərinin qərbindən 170 km məsafədə yerləşən HHQ məxsus Əyn əl-Əsəd bazasının ətrafındakı bölgələrin təmilənməsi və nəzarət, İŞİD-in bu hərbi bazaya yaxınlaşmasına imkan verməmək və onların bazalarının məhv edilməsi bu missiyaya daxildir.
 
Eyni zamanda, İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvlərindən biri Qasem əl-Ə`rəci amerikalı qüvvələrin ölkəyə girişinə qarşı çıxaraq deyib ki, amerikalılar hər vasitə ilə İŞİD-in mövqelərini möhkəmləndirmək və İraqda müharibəni uzatmaq məqsədi güdürlər.
 
Lakin, ABŞ müdafiə naziri Karter Eşton çərşənbə günü bəyan edib ki, Vaşinqton Ramadi şəhərini İŞİD-dən geri almaq üçün İraq hökümətinə daha çox hücum helikopterləri və hərbi müşavirlər verəcək. /

Google+ WhatsApp ok.ru