2011-ci ildə azad edilən fələstinli əsirlər yenidən həbs edilir

Sionist rejim 2011-ci ildə əsirlərin mübadiləsi zamanı azad edilən fələstinli əsirləri yenidən həbs edir.
Maide.az xəbər verir ki, Fələstinli Əsirlər araşdırmalar mərkəzinin sözçüsü Ryaz əl-Əşqərə deyib ki, 2011-ci ildə Qahirə anlaşması əsasında azad edilən 110 əsirin hazırda 60%-i yenidən həbs edilib. 
Əl-Əşqər fələstinli əsirlərin mübadiləsində vasitəçi tərəf olmuş Misirdən istəyib ki, İsraili Gilad Şalit adlı sionist hərbçinin azadlığı müqabilində baş tutan bu mübadiləyə sadiq qalmağa vadar etsin.
Əl-Əşqər bildirib ki, Misir İsraili bu anlaşmaya sadiq qalmağa məcbur etməlidir.
Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatı Həmas 2011-ci ildə sionist hərbçi Gilad Şalitin azadlığı müqabilində Qərb Sahili sakini olan 110 fələstinli əsirin azad edilməsinə nail olmuşdu. 
Gəlad Şalid 25 iyun 2006-cı ildə Qəzzə Zolağının cənubunda, Rəfəş şəhərinin ətrafında əsir götürülmüşdü./

Google+ WhatsApp ok.ru