İstanbulda polis şöbəsinə hücum edən qadında partlayıcı olub

İstanbulda polis əməkdaşları tərəfindən məhv edilən qadın terrorçunun üzərində partlayıcı qurğu oluib. Məlumatı "CNN Turk" yayıb. 
 
İki terrorçu polis şöbəsinə hücum edib. Onlardan biri məhv edilib, digəri isə qaçıb. 
 
Məhv edilən qadın terrorçunun üzərində iki partlamamış qumbara olub. Qumbaralar istehkamçılar tərəfindən zərərzisləşdirilib. 
 
Qeyd edək ki, dünən terrorçular Ədliyyə binasına hücum edərək bir prokuroru girov götürmüşdülər. Terrorçulara qarşı əməliyyat keçirilsə də, prokuror 5 güllə yarası ilə həyatını itirib. Digər hücum isə, AKP binasına silahlı basqın olmuşdu. /

 

Google+ WhatsApp ok.ru