2014-cü ildə dünyada nə qədər müsəlman öldürülüb?

Aparılmış yeni araşdırmanın nəticələrinə görə, 2014-cü ildə dünyanın müxtəlif bölgələrində yaşayan müsəlman azlıqlar və müsəlman ölkələrində baş vermiş  böhranlar və hadisələr  nəticəsində təqribən 108 min müsəlman öldürülüb, 17 milyon müsəlman isə evlərindən didərgin düşüb. 
Maide.az  məlumat verir ki,  ötən il dünyanın 27 ölkəsində o cümlədən Mİyanmar və Mərkəzi Afriqada müsəlmanlar üçün 45-dən çox böhran və hadisə baş verib ki, bu böhranların bəzisi hələdə davam edir. 
Məlumata görə,  ötən il ərzində müsəlmanlara qarşı 16 müharibə başlayıb ki, bu müharibələrdə 102 min nəfər öldürülüb. Həmçinin 19 müsəlman ölkəsində təbii fəlakətlər baş verməsi nəticəsində 6 min nəfər həyatını itirib. Müsəlman ölkərləri arasında ilk dördlükdə Suriya (67 mindən çox  müsəlman öldürülüb),  İraq (15 mindən çox), Nigerya (8 mindən çox) və Əfqanıstan (4 mindən çox)  qərar tapır.  
Həmçinin 2014-cü ildə  Fələstində işğalçı sionist israil əsgərləri tərəfindən 2 mindən çox müsəlman öldürülüb. 
Təbii fəlakətlərə görə isə, Sierra Leone və Qvineyada daha çox müsəlman həlak olub. / 
 

 

Google+ WhatsApp ok.ru