İraqda partlayış: 20 hərbçi həlak oldu

İraqın Beyci şəhərində partlayış nəticəsində ən azı 20 hərbçi həlak olub. 
 
Bu barədə “Euronews” kanalı məlumat yayıb.
 
“Əl-Ərəbiyə” telekanalı məlumat yayıb ki, hücumu İŞİD terror qruplaşmasının yaraqlıları törədib. 
 
Beycidə İraqın iri neft emalı zavodu yerləşir. Zavodun istehsal gücü gündə 300 min barrel neft məhsulları təşkil edir. 

Google+ WhatsApp ok.ru