2015-ci il ərzində İraqda 21 min insan terror qurbanı olub

Birləşmiş Millətlər Təşkilatının İraqla bağlı yaydığı hesabatda bildirilir ki, bu ölkədə 2015-ci il ərzində 21 min insan terrorun qurbanı olub.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, BMT-nin yaydığı hesabatda qeyd olunur ki, İraqda bu ilin əvvəlindən etibarən 6238 nəfər baş verən terror hücumları nəticəsində həlak olub vә 14933 nəfər yaralanıb. Təkcə bu ilin avqust ayında İraqda 1325 nəfər həlak olub, 1811 nəfər isə yaralanıb.
 
2013-ci ildə İraqda terror nəticəsində həlak olanların sayı 8645 nəfər idi. /

Google+ WhatsApp ok.ru