ABŞ-ın İranla nüvə müzakirələrindəki rəsmisi işdən çıxdı

Vendi Şermən Amerika Dövlət Departamentindəki vəzifəsindən uzaqlaşıb.
Maide.az   Amerika Dövlət Departamentinin saytına istinadən xəbər verir ki,Con Kerrinin siyasi məsələlər üzrə köməkçisi Vendi Şermən cümə günü rəsmi surətdə öz vəzifəsindən uzaqlaşıb.
Con Kerri bir bəyanatda Şermənə təşəkkür edib və onun vəzifəsindən getməsinin səbəbini Harvard Universitetində təhsilini davam etdirməsi göstərib.
Kerri əlavə edib ki, Mənim Şermənlə birgə işlədiyimiz məsələlərdən biri, İranın nüvə məsələsi barədə çoxtərəfli müzakirələr idi. Bu müzakirələr çox çətin və texniki cəhətdən mürəkkəb idi.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın (5+1 qrupu) İranla nüvə danışıqlarına ABŞ nümayəndə heyətinə rəhbərliyi  Vendi Şermən edirdi./
 

Google+ WhatsApp ok.ru