2019 Əfqanıstanda ABŞ üçün ən ölümcül il oldu

2019 Əfqanıstanda ABŞ üçün ən ölümcül il oldu

2019-cu il Əfqanıstandakı ABŞ işğalçı qüvvələri üçün ən ölümcül il olub.

 Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, ABŞ Milli Radiosunun veb saytı – NPR, 33 yaşlı amerikalı Qrin Bertin ölümü ilə ABŞ-ın 20-ci əsgərin Əfqanıstanda öldüyünü bildirib.

Dekabrın 23-ü Qrin Bertin ölümü, bu il 2014-cü ildə müharibənin rəsmən sona çatmasından sonra, Əfqanıstandakı ABŞ qoşunları üçün ən ölümcül il olub.  

Bundan əvvəl də bir amerikalı hərbçi dekabrın 22-si Qunduz vilayətində aldığı yaralardan ölmüşdü.

NPR, həmçinin ABŞ-ın 11 sentyabr hadisələrindən sonra Əfqanıstana təşkil etdiyi hücumdan indiyə qədər ən azı 2400 ABŞ əsgərinin Əfqanıstanda öldüyünü vurğulayıb.

Pentaqondan verilən məlumata görə, 2001-ci ildən etibarən 775 mindən çox ABŞ əsgəri Əfqanıstana göndərilib.

Google+ WhatsApp ok.ru