Qazaxıstanda təyyarə qəzasında ölənlərin və xəsarət alanların sayı artıb - VİDEO

Qazaxıstanda təyyarə qəzasında ölənlərin və xəsarət alanların sayı artıb - VİDEO

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Alma-Atı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. 

Maide.Az bildirir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib. 

Nazirliyin məlumatına görə, "Bek Air" aviaşirkətinin №Z2100 reysi ilə uçan təyyarəsi saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

 Qeyd edilir ki, göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olan təyyarənin qəzaya uğraması nəticəsində 35 nəfər xəsarət alıb. Xəsarət alanlardan 22-sinin vəziyyətinin çox ağır olduğu bildirilir.
 

 

Google+ WhatsApp ok.ru