2030-cu ilədək 69 milyon uşaq ölə bilər - YUNİSEF

2030-cu ilədək 69 milyon uşaq ölə bilər - YUNİSEF

 Maide.Az  Sputnik-ə istinadla verdiyi məlumata görə, Birləşmiş Millətlər Uşaq Fondu (UNİCEF) ən pis şəraitli uşaqların səhiyyə və təhsil şəraitinin yaxşılaşdırılmaması halında 2030-cu ilə qədər 5 yaş altında 69 milyon uşağın öləcəyini açıqlayıb.

Bu barədə 2030 tarixinə qədər mövcud şəraitin dəyişməməsi halında uşaq bərabərsizliyinin doğura biləcəyi nəticələr haqqında hesabatda deyilir. Hesabata görə, mövcud şərtlər və əhali artım sürəti eyni qalarsa 2030 ildə 167 milyon uşaq yoxsulluq səviyyəsinin altında olacaq. 

Ən yoxsul uşaqların varlılara nisbətdə 5-ci yaş gününə daxil olmadan ölmə ehtimalının iki qat çox olduğu vurğulanan hesabatda, şərtlər yaxşılaşdırılmasa mövcud tendensiyaya görə 2030-ci ilə qədər 5 yaş altında 69 milyon uşağın öləcəyi qeyd olunub və qarşısı alına bilən səbəblərdən uşaq ölümlərin ən çox Cənubi Asiya və Afrikada səhralarında görüldüyü bildirilib.

Google+ WhatsApp ok.ru