20 nəfəri uşaq olmaqla 34 nəfərlik qaçqın qrupu susuzluqdan ölüb

20 nəfəri uşaq olmaqla 34 nəfərlik qaçqın qrupu susuzluqdan ölüb

Nigeriya aralarında 20 uşağın da olduğu 34 qaçqının Əlcəzair sərhədində olan Səhra çölündə ölü tapıldığını bildirib.
 
Nigeriya hökumət qaçqınların cəsədlərinin kiçik səhra qəsəbəsi olan Asmakka yaxınlığında tapıldığını açıqlayıb. Nigeriyanın daxili işlər naziri Bazoum Məhəmməd bildirib ki, qaçqınlar susuzluqdan ölüblər.
 
Nazir bildirib ki, qrupun 9 nəfəri qadın, 5 nəfəri isə kişi olub. Qrupun 6-12 iyun arasında həlak olduğu güman edilir.
 
Qurbanlardan ikisinin nigeriyalı olduğu bilinsə də, yerdə qalanlarının miliyyəti hələ məlum deyil. Beynəlxalq Miqrant Təşkilatının bildirdiyinə görə keçən il Nigeriyadan Aralıq dənizii bölgəsinə 120 min qaçqın keçib. Minlərlə qaçqın Mali və Nigeriyadan Əlcəzairə gəlir. Onlar siyasi xaosa sürüklənməmək üçün mümkün qədər Liviyadan uzaq durmağa çalışırlar. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru