“14 fevral” koalisiyası bəyanat yaydı: `Təslim olmayacağıq`

“14 fevral” koalisiyası bəyanat yaydı: `Təslim olmayacağıq`

Bəhreynin “14 fevral” koalisiyası, ölkənin nüfuzlu təşkilatının fəaliyyətinin dondurulmasına münaibət bildirib. 

“Əl Vefaq” təşkilatının fəaliyyətinin dondurulmasına etiraz olaraq, ölkənin “14 fevral” koalisiyası bəyanat yayıb. Bu addımları, Ali-Xəlifə rejiminin məğlubiyyəti kimi qələmə verən koalisiya bildirib: “Ali-Xəlif rejimi, Şeyx Salmanın həbs müddətinin artırılması ilə başlayan zülmlərini davam etdirməkdədir. Bu rejim “Əl Vifaq” təşkilatının fəaliyyətini donduraraq, büdcəsini mənimsəyib. Bundan əlavə daha 2 islami cəmiyyət olan “Ər Risalə” və “Ət Təviyyə-əl İslamiyyə”-ni də ləğv edib. Biz, zindanda baş verən işkəncələrə, Zeynəb əl-Xəvacəni sürgünə göndərilməsinə, sakinlərin vətəndaşlıqdan çıxarılmasına, şəhidlərin haqqlarının tapdanmasına, Nəbil Rəcəbin həbsinə, ruhanilərin siyasətdən uzaq olmasını bildirən qanuna etiraz edir və İngiltərəyə, Səud və Ali-Xəlifə rejiminə bildiririk ki, inqilabımızın sonuna qədər sizin axmaqcasına olan addımlarınıza təsil olmayacaq, əksinə lazımı cavabı verəcəyik!” (islamazeri)

Google+ WhatsApp ok.ru