21 təşkilat ortaq bəyanat yaydı

21 təşkilat ortaq bəyanat yaydı

-- Arakanlıların geri qayıtmasına şərtlər irəli sürüldü

Dünən Myanma və Banqladeş arasında Arakan müsəlmanlarının Myanmaya geri qaytarılması üçün razılıq əldə edilmişdi
 
Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı dünyanın müxtəlif yerlərində arakanlıları təmsil edən 21 təşkilat ortaq bəyanat yayıb.
 
Onlar Myanmada zülm və soyqırıma məruz qalan müsəlmanların yenidən Myanmaya qaytarılmasını birmənalı qarşılamayıblar. Bəyanatda qeyd edilib ki, Myanma hökümətinin arakanlılara münasibəti hələ də dəyişmədiyi üçün onların həyatı yenidən təhlükə altına girə bilər:
 
"Geri qaytarılacaq müsəlmanların can və mal təhlükəsizliyi təmin edilməlidir. Onlara şəxsiyyət vəsiqələri verilməli, həmçinin Myanmada sığınacaqlara deyil, öz evlərinə qayıtmalıdırlar. Ən əsası isə geri qayıtma məcburi şəkildə yox, könüllü surətdə olmalıdır".
 
Bəyanatda vurğulanıb ki, Arakan bölgəsinə humanitar yardımların, mətbuatın və insan haqları təşkilatlarının girişinə şərait yaradılmalıdır.

Google+ WhatsApp ok.ru