Ermənilər Rusiyada deputatı güllələyiblər 18 Yanvar 2018 02:00 Dünya -- Məni əlimdən güllələdilər. Sonra... Ermənilər Rusiyada deputatı güllələyiblər. “Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib. Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb. İ.Şamsiyarov yerli “MediaKorSet” saytına açıqlamasında hadisənin necə baş verdiyini açıqlayıb: “Onlar bizim traktora xarab eləmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladırlar. Yaxşı ki pnevmatik tapança idi”. Teqlər : #Ermənilər Rusiyada deputatı güllələyiblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda seçkilərin təxirə salınması tələb edilir 21 təşkilat ortaq bəyanat yaydı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO