21 təşkilat ortaq bəyanat yaydı 18 Yanvar 2018 02:00 Dünya -- Arakanlıların geri qayıtmasına şərtlər irəli sürüldü Dünən Myanma və Banqladeş arasında Arakan müsəlmanlarının Myanmaya geri qaytarılması üçün razılıq əldə edilmişdi Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı dünyanın müxtəlif yerlərində arakanlıları təmsil edən 21 təşkilat ortaq bəyanat yayıb. Onlar Myanmada zülm və soyqırıma məruz qalan müsəlmanların yenidən Myanmaya qaytarılmasını birmənalı qarşılamayıblar. Bəyanatda qeyd edilib ki, Myanma hökümətinin arakanlılara münasibəti hələ də dəyişmədiyi üçün onların həyatı yenidən təhlükə altına girə bilər: "Geri qaytarılacaq müsəlmanların can və mal təhlükəsizliyi təmin edilməlidir. Onlara şəxsiyyət vəsiqələri verilməli, həmçinin Myanmada sığınacaqlara deyil, öz evlərinə qayıtmalıdırlar. Ən əsası isə geri qayıtma məcburi şəkildə yox, könüllü surətdə olmalıdır". Bəyanatda vurğulanıb ki, Arakan bölgəsinə humanitar yardımların, mətbuatın və insan haqları təşkilatlarının girişinə şərait yaradılmalıdır. Teqlər : #21 təşkilat ortaq bəyanat yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Rusiyada deputatı güllələyiblər `Ərəb baharı` nın nəticəsi: Yaxın Şərq nə itirdi?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO