22 İsrail əsgərinin qorxu ilə həbs etdiyi fələstinli gənc sərbəst buraxılıb 28 Dekabr 2017 02:00 Fələstin -- onun işkəncə olunduğu və sağ çiynində sınıqların olduğu bildirilir Fələstinin Əl-Xəlil şəhərində dekabr ayının 7-də gözləri bağlı halda 22 işğalçı İsrail əsgərinin qorxu ilə həbs etdiyi 16 yaşlı fələstinli gənc Fəvzi əl-Cunidi sərbəst buraxılıb. Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail rejim məhkəməsi Fəvzi əl-Cunidini 10 min şekeli ödədikdən sonra zəmanətə buraxılıb. F.Əl-Cunidi həbsdə saxlandığı müddətdə işğalçı güclər tərəfindən işkəncə olunduğu və sağ çiynində sınıqların olduğu bildirilir. BMT Uşaq Fondunun Fələstin şöbəsi F.əl-Cunidinin dekabrın 7-də gözləri bağlı formada çox sayda əskər tərəfindən saxlanılmasından sonra onu müayinə edib. Müayinə zamanı məlum olub ki, işğalçı İsrail rejim əskərləri F. əl-Cunidini saxlayarkən onu döyüblər. Bunun nəticəsində Cunidinin bədənində döyülmə izləri və sağ çiynində sınıq olduğu müəyyən edilib. ( Teqlər : #22 İsrail əsgərinin qorxu ilə həbs etdiyi fələstinli gənc sərbəst buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Filippin İsraildəki səfirliyini Tel Əvivdən Qüdsə köçürməyəcək Yəhudi gənclərdən etiraz
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar