Filippin İsraildəki səfirliyini Tel Əvivdən Qüdsə köçürməyəcək

Filippin İsraildəki səfirliyini Tel Əvivdən Qüdsə köçürməyəcək

-- İsrail mediasının iddası yalan çıxdı

Filippin İsraildəki səfirliyini Tel Əvivdən Qüdsə köçürülməyi planlaşdırmır. Bu barədə dövlət başçısı Rodrigo Duteret və xarici işlər naziri Alan Pieter Caetano bəyanat veriblər. 
 
Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, bununla da Filippinin Birləşmiş Ştatların nümunəsi ilə səfirliyinin köçürülməsinə hazır olduğunu iddia edən İsrail mediasının məlumatlarını rəsmən təkzib edilib.
 
Filippin naziri ölkəsinin Fələstin-İsrail münaqişəsinin iki xalq, iki dövlət prinsipi ilə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Filippin sülh danışıqlarında vasitəçilik edir. 
 
Qeyd edək ki, Filippin BMT-də səs verməkdən imtina edən az saylı ölkələrdən biri olub və ABŞ-ın Qüdsün İsrailin paytaxtı statusu ilə bağlı qərarını qəbul etməməsi barədə konkret qərar qəbul etməyib. 
 
Xatırladaq ki, İsrail mətbuatının iddasına görə,  Filippin, Rumıniya və Cənubi Sudan səfirliklərini Qüdsə köçürəcək ölkələr siyahısına daxil edilmişdir. İsrail xarici işlər nazirinin müavini Tzipi Xotoveli açıqlamasında bildirmişdi ki, Qüdsün tanınması və ora səfirliklərin köçürülməsi ilə bağlı 10-dan artıq ölkə ilə danışıqlar aparılır.

Google+ WhatsApp ok.ru