22 İxvan üzvü barəsində edam hökmü çıxarıldı

Misirdə Kirdasa hadisələri kimi də tanınan Kirdasa şəhərindəki polis bölməsinə təşkil olunan hücuma görə davam edən məhkəmədə hadisələrlə əlaqəli olduqları iddia edilən 22 Müsəlman Qardaşlar Təşkilatı üzvünə edam cəzası verilib.
 
Maide.az xəbər verir ki, Kirdasa məhkəməsində mühakimə olunan İxvan üzvlərindən 22-sinə edam cəzası verilsə də, yaşı az olduğu üçün bir nəfərə də 10 il həbs cəzası kəsilib.
 
Ölüm və həbs cəzası verilən İxvan üzvlərinin vəkillərindən biri qərardan şikayət edəcəklərini deyib.

Google+ WhatsApp ok.ru