2 erməni əsgəri öldü

Erməni mətbuatı cəbhədə toqquşma barədə məlumat yayıb

Cəbhə xəttində Azərbaycan əsgərləri ilə erməni əsgərlər arasında atışma olub. 
 
Bu iddianı erməni mətbuatı səsləndirib. Bildirilir ki, Dağlıq Qarabağda baş vermiş atışmada Ermənistan tərəfi itki verib.
 
İlkin məlumatlara görə, Ermənistan ordusu iki əsgərini itirib.
 
Ermənistan tərəfinin iddiasına görə, silahlı insident zamanı Azərbaycan Ordusunda da itki qeydə alınıb.
 
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən açıqlamada erməni mətbuatının yaydığı xəbərlər təkzib edilib.

Google+ WhatsApp ok.ru