Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır

Ermənistan mətbuatı Azərbaycan “diversiya qrupu”nun hücuma keçdiyi, xeyli itki verdiyi, erməni tərəfdən də iki hərbçinin öldüyü barədə xəbər yayıb

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşma olub.
 
APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, iyulun 31-ə keçən gecə Azərbaycan “diversiya qrupu” Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib.
 
Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru