2 gəmi eyni anda batdı: 6-sı uşaq 21 ölü

Maide.az xəbər verir ki, Egey dənizinin Yunanıstan sahillərinə yaxın ərazidə mühacirlərin olduğu iki gəminin batması nəticəsində azı 21 qaçqın boğularaq ölüb. Ölənlərdən 6-sı uşaqdır. Məlumata görə, göyərtəsində 48 sərnişin olan gəmi Farmakonisi adası yaxınlığında batıb. Kalolimnos adası yaxınlığında qəzaya uğrayan digər gəmidəki sərnişinlərin sayı məlum deyil. Xəbərə əsasən, Yunanıstan Sahil-Mühafizə Xidmətinin əməkdaşları 26 mühaciri xilas ediblər.

Google+ WhatsApp ok.ru