Türkiyədə PKK terrorçuları polisləri daşıyan mikroavtobusu partladıb

Ötən gecə Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda polis maşınına hücum edilib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, PKK terrorçuları beynəlxalq İpək yolu magistralında quraşdırdıqları partlayıcı mexanizmi polisləri daşıyan mikroavtobus keçərkən işə salınıb. Partlayış nəticəsində avtomobildə olan 9 polis əməkdaşı və 1 mülki şəxs müxtəlif bədən xəsarəti alıb. Xəstəxanaya çatdırılan 10 nəfərdən bəzilərinin vəziyyəti ağırdır.
 
Hadisəni törədən PKK terrorçularının tutulması istiqamətində əməliyyatlar davam edir. 

Google+ WhatsApp ok.ru